Gözlənildiyi kimi, Subaru şirkəti Tokyoda keçirilən tüninq sərgisində Levorg Prototype STI Sport protoipini nümayiş etdirib. Unversal yapon markasının tarixində adaptiv asqı və Drive Mode Select hərəkət rejimləri sistemi ilə təchiz edilmiş ilk avtomobildir.
Fins.az autograph.az-a istinadən bildirir ki, prototipin əsasını Subaru Global Platform (SGP) təşkil edir. Prototip yeni 1,8-litrlik oppozit turbomühərriki, təkmilləşdirilmiş EyeSight təhlükəsizlik sistemləri kompleksi ilə təchiz edilib. Sonuncu sistem nəinki ön kamera, həmçinin dörd radarla da təchiz edilir.
Yapon markasının tarixində ilk dəfədir ki, avtomobildə sərtliyi elektronika ilə tənzimlənən amortizatorlar və idarəetmə elektronikasının rejimlərini seçmək imkanı verən Drive Mode Select sistemi quraşdırılır. Sistemin selektoru sükan çarxında yerləşdirlib. Hər bir rejim mühərrik, asqı, sükan gücləndiricisinin və tamötürməli transmissiyanın özünəməxsus tənzimləmələrinə malikdir. Göründüyü kimi, yeni sistem əvvəlki SI-Drive sisteminə bənzər olsa da, avtomobilin xarakterinə daha çox nəzarət edə bilir.
Zahiri cəhətdən Subaru Levorg Prototype STI Sport modeli bu ilin oktyabrında Tokyo avtosalonunda nümyiş etdirilmiş Levorg konseptini təkrar edir.