AVTO

31 Yanvar

Yeni Nisssan “Qashqai”təqdim olunacaq - FOTO

“Nissan” şirkəti yeni nəsil krossover “Qashqai” təqdim edəcək.

Fins.az xəbər verir ki, yeni nəsil “Qashqai”-ın görünüşü tam dəyişəcək və yeni “Juke” modelinin dizayn xüsusiyyətlərini xatırladacaq.

Həmçinin avtomobilin interyerində ciddi dəyişikliklər gözlənilir. Yeni “X-Trail” modelinin interyerinə oxşayacaq. “Qashqai” tam rəqamsal panel, “yüksələn" sensor ekranı və yeni multimedia sisteminə sahib olacaq. Avtomobil keçmiş “CMF” platformasında istehsal ediləcək. Yeni nəsil “Qashqai” iki hibrid mühərriki ilə çalışacaq. 

Qeyd edək ki, yeni model bu ilin payız aylarında Frankfurtda tədim olunacaq