AVTO

31 Yanvar

Ən çox satılan ikinci əl avtomobilləri SİYAHI

Rusiyanın paytaxtı Moskvada ötən il 271,2 min ikinci əl minik avtomobili satılıb.

Fins.az xəbər verir ki, bu da 2018-ci ilin eyni göstəricisindən 5 faiz azdır. “AvtoSTAT” analitik agentliyinin ekspertləri paytaxtın avtomobil bazarlarında ən çox alınan ikinci əl avtomobillərin TOP-10-luğunu tərtib ediblər. Bu barədə avtosfer yazıb.

Beləliklə, 2019-cu ilin “ikinci əl”i yenə “Ford Focus” olub, bu avtomobil 12 ay ərzində 7,7 min sahib dəyişib (-14%).

İkinci yeri “Hyundai Solaris” tutub, maşından 7,1 min ədəd satılıb (-12%).

İlk üçlüyü “KİA Rio” bağlayıb, təkrara satış həcmi 6,3 min əd.; +6%) təşkil edib.

Reytinqin dördüncü, beşinci pilləsində “Skoda Octavia” (6,2 min əd.; +1%) və “Toyota Camry” (4,8 min əd.; +3%) qərarlaşıb.

Həmçinin TOP-10-luğun siyahısına, “Volkswagen Polo” (4,4 min əd.; +9%), “BMW 5-Series” (3,5 min əd.; -3%), “Mercedes-Benz E-Class” (3,5 min əd.;  -10%), “KIA Ceed” (3,4 min əd.; -5%) və “BMW 3-Series” (3,4 min əd.;  +5%).