AVTO

28 Yanvar

Yeni Mercedes-Benz E-63 modelinin internetdə fotosu yayıldı

Yenilənmiş Mercedes-Benz E-Class ətrafında cərəyan edən ehtirasalar qızışmağa davam edir. Mercedes-Benz şirkətinin yenilənmiş model haqqında məlumatı dərc etməsinin ardınca Mercedes-AMG E 63 sedanının kamuflyajsız şəkli Instagram sosial şəbəkəsində peyda olub.
 
Fins.az xəbər verir ki, fərc edilmiş şəklin həqiqətə uyğun olduğundan şübhə etməmək olar. Göründüyü kimi, yenilənmiş E 63 yeni arxa fənərlərə sahib olub və cari sedandan trapesiyaşəkilli çıxış borularını və arxa antiqanadı alıb.
 
Yenilənmiş Mercedes-AMG E 63 S modelinin texniki hissəsi barədə məlumat yoxdur. Mercedes-Benz şirkəti hələlik adi versiyaların təqdim ediləcəyini və hibridlər çeşidinin genişləndiriləcəyini bildirib. Qeyd etmək lazımdır ki, Mercedes-AMG xəttinin elektrikləşdirilməsi hələ bir il bundan öncə bildirilmişdi. Odur ki, E 63 ailəsinin qoşulan hibrid qurğusu ilə təchiz ediləcəyini söyləmək olar.