AVTO

28 Yanvar

Mercedes-Benz bu modellləri geri çağırır - FOTO

Alman şirkəti “Mercedes-Benz” Rusiya bazarlarından təmir üçün 151 “V-Class” minveni geri çağırır.

Fins.az xəbər verir ki, çağırışa, 2019-cu ilin yanvar və fevral aylarında istehsal edilən mikroavtobuslar şamil edilir. Bu barədə yanvarın 27-də “Rosstandart” məlumat verib. Bu barədə avtosfer yazıb. 

Bildirilir ki, buna səbəb qəza anında avtomobilin ön sərnişin hissəsində yerləşən təhlükəsizlik yastığının açılmamasıdır. Eyni zamanda, təhlükəsizlik yastığının üzərinə yerləşdirilən panelin bəzi hissələri salona atıla və avtomobildə olan insanlar xəsarətlər ala bilərlər.

Çağırışa düşən “V-Class” avtomobil sahibləri qısa müddət ərzində şirkətin ən yaxın diler servislərinə yaxınlaşaraq qüsuru pulsuz təmir etdirə bilərlər.