AVTO

24 Yanvar

Ən çox satılan Çin istehsalı olan avtomobillər SİYAHI

2019-cu ildə Rusiya bazarlarında 40 minə yaxın Çin istehsalı olan yeni minik avtomobilləri satılıb. Avtosfer.az xəbər verir ki, bu da 2018-ci ilin analoji göstəricisindən 13 faiz çoxdur. Bu barədə “Avtostat” analitik agentliyi məlumat verib.

Fins.az xəbər verir ki, ölkə sakinlərinin ən populyar avtomobili “Geely Atlas” krossoveri olub, ötən ilin on iki ayı ərzində bu modeldən 7536 ədəd satılıb. Bu barədə avtosfer yazıb. 

İkinci pilləsini “Haval H6” markası tutub, bu avtomobildən 6378 ədəd alınıb. Üçüncü yerdə “Haval F7” krossoveri qərarlaşıb - 3219 ədəd.

2019-cu ilin ən populyar top-10-luğuna, “Chery Tiggo 3” (2262 əd.), “Chery Tiggo 4” (1968 əd.), “Chery Tiggo 7” (1563 əd.), “DFM AX7” (1548 əd.), “Haval H2” (1345 əd.), “Lifan Solano” (1335 əd.), “Changan CS35PLUS” (1323 əd.) düşüb.