AVTO

22 Yanvar

Yeni Volkswagen Tiguan krossoverinin şəkilləri dərc edildi

İnternet şəbəkədə yenilənmiş Volkswagen Tiguan krossoverinin şəkilləri dərc edilib.

 

Bu avtomobil 2016-cı ildən bazarda mövcuddur. İstehsalçı əvvəlcədən Volkswagen Tiguan məşhur yolsuzluğunun bir sıra ciddi yeniliklər alacağını anons edib. Krossoveri arxa bamperi, fənərləri, radiator barmaqlığı və baş optikasına görə fərqləndirmək olar.

Fins.az xəbər verir ki, bundan əlavə, qapıların kandarında  xromlanmış əlavələr nəzərdə tutulub. Yeni Volkswagen Tiguan krossoveri 300 at gücünə malik 2 litr benzin mühərriki ilə idarə olunur. Həmçinin modelin tam sürücü sistemini aldığı göstərilib. Alman nümayəndələri premyeranın dəqiq tarixini açıqlamırlar, lakin avtomobilin tezliklə təqdim ediləcəyi gözlənilir.