AVTO

22 Yanvar

Ötən il Azərbaycanda avtomobil istehsalı 2,4 dəfə artıb

2019-cu il ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 315,5 mln manatlıq məhsul istehsal edilib.

Fins.az-ın verdiyi məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1% artıb, sair nəqliyyat vasitələrinin istehsalı 17,4%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 17,7% azalıb.

Belə ki, dövr ərzində 905 ədəd traktor istehsal edilib ki, bu da 2018-ci ilin göstəriciləri ilə müqayisədə 30,5% azdır.

2019-cu il ərzində ölkədə 2 360 ədəd minik avtomobili istehsal olunub ki, bu da daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə 2,4 dəfə çoxdur.

Dövr ərzində ştanqlı quyu nasoslarının istehsalı 65,9%, fəvvarə armaturunun istehsalı 48,5%, mancanaq dəzgahlarının istehsalı 22,1% artıb.

© Report