AVTO

21 Yanvar

Maşın bazarında ən çox satılan AVTOMOBİLLƏR

Rusiya bazarlarında “KİA Rio” artıq üçüncü ildir ki, ən populyar yeni xarici avtomobillərin siyahısına başçılıq edir.

Fins.az xəbər verir ki, 2019-cu ilin yanvar-dekabr ayları ərzində sözügedən modeldən 92,5 min ədəd satılıb, bu da 2018-ci ilin analoji göstəricisindən 7,7 faiz aşağıdır. Siyahını “Avtostat” agentliyinin analitikləri tərtib ediblər.Bu barədə avtosfer yazıb. 

İkinci yerdə “Hyundai Creta” (71,5 min ədəd), üçüncü də isə “Hyundai Solaris” (58,7 min əd.) maşınları tutub.

İlk beşliyi “Volkswagen Polo” (56,1 min əd.), “Renault Duster” (39 min əd.) markaları tamamlayıb.

Həmçinin top-10-luğun siyahısına, “Volkswagen Tiguan” (37,2 min əd.), “Renault Logan” (35,4 min əd.), “Skoda Rapid” (35,1 min əd.), “KIA Sportage” (34,4 min əd.) və “Toyota Camry” (34 min əd.) avtomobilləri də düşüb.