AVTO

18 phrase_var_core.january

İstanbulda uşaqlı analar gediş haqqı ödəməyəcək

İstanbulda 5 yaşa qədər uşaqlar və anaları üçün ictimai nəqliyyat pulsuz oldu.
 Bu məlumatı İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu açıqlayıb.

“İstanbulda 5 yaşa qədər 1 milyon 160 min uşağımızın analarının pulsuz gediş kartı əldə etməsi qərarı bələdiyyə məclisi tərəfindən yekdilliklə qəbul edilib”, – deyə  Əkrəm İmamoğlu  bildirib.