AVTO

15 Yanvar

“Formula-1”ə tələbat çox olarsa, yeni biletlər satışa çıxarılacaq

İki ay içərisində yeni sponsorla bağlı yenilik ola bilər. Hələlik bu yöndə danışıqlar gedir. Təbii ki, Azərbaycan Qran-Prisinin sponsorunun olması çox vacib məsələdir. 

Fins.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Kommersiya şöbəsinin rəhbəri Bülənt Özerdim deyib. 

“81 faiz bilet ölkə xaricinə satılıb. Ötən illərlə müqayisədə, daha erkən bilet satılıb. Baxmayaraq ki, hələ yarışın başlamasına beş ay vaxt var. Yarışa tələbat satışa çıxarılmış bilet sayından çox olacağı halda, yeni tamaşaçı yerlərinin qurulması və həmin yerlərə bilet satışının həyata keçirilməsi mümkündür”, - deyə Bülənt Özərdim deyib. 

Qeyd edək ki, “Formula-1” Azərbaycan Qran-Prisi bu il 5-7 iyun tarixlərində keçiriləcək.