AVTO

15 Yanvar

Formula 1 yarışları üçün biletlərin sayı artırıla bilər

Bu il Azərbaycanda keçirilən Formula 1 yarışlarında tribunaların sayı artırıla bilər.

Fins.az-ın məlumatına görə, bunu Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim deyib.

O qeyd edib ki, Formula 1 Azərbaycan Qran Prisinə xaricdən olan maraq xeyli artıb, o cümlədən xaricdən gələn VİP qonaqların sayı da artıb.

 

Özərdimin sözlərinə əsasən, biletlərin sayının artırılması nəzərdə tutulur: “Biletlər bitdiyi zaman yeni biletlər satışa çıxarılacaq”.