AVTO

15 Yanvar

Ən çox alınan avtomobillər - SİYAHI

2019-cu ildə Rusiyanın avtomobil bazarlarında ən çox “Lada Granta” satılıb.

Fins.az.az xəbər verir ki, ötən il rusiyalılar “Granta” modelindən 135831 ədəd satın alıblar, bu da 2018-ci ilin analoji göstəricisindən 28 faiz çoxdur. Ardınca “Lada Vesta” (111459 ədəd) və “KİA Rio” (92475).

Bundan əlavə, ilk onluğa “Hyundai Creta”, “Hyundai Solaris”, “Volkswagen Polo”, “LADA Largus”, “Renault Duster”, “Volkswagen Tiguan”, həmçinin “Renault Logan” daxil olub.