AVTO

29 Dekabr

"Nurgün Motors" nazirliyə 124 min manatlıq avtomobil satacaq

Kənd Təsərrüfatı Nazirliyi minik avtomobillərinin satın alınmasına təxminən 124 min manat yönəldəcək.

Fins.az xəbər verir ki, «Nurgün Motors» MMC ilə mühərrikinin gücü 95 at qüvvəsi olan 4 ədəd minik avtomobilinin satın alınması haqqında müqavilə imzalanıb. Müqavilənin dəyəri 123,796 min manatdır.