AVTO

28 Dekabr

“Volkswagen” gələn il ilə bağlı planlarını açıqladı

Alman avtomobil istehsalçısı “Volkswagen” 1 milyon elektrikli maşın istehsal etmək məqsədinə iki il tez, 2023-cü ildə çatacağını açıqlayıb. 2025-ci ilə qədər isə elektrikli maşınların sayını 1,5 milyona çatdıracağını açıqlayıb.

Fins.az xəbər verir ki, alman avtomobil istehsalçısı keçən il 50 min, bu il isə 70 min elektrikli avtomobil istehsal edib. Bu barədə Report yazıb. 

Məlumata görə, “Volkswagen” yeni “ID.3” modelləri ilə istehsal gücünü və satışını artırmağı planlaşdırır. Yeni nəqliyyat vasitəsində istifadə edilən batareyaların daha ucuz və uzun ömürlü olacağını bildirən şirkət elektrikli nəqliyyat vasitələrinin orta gəlirlilər üçün də əlçatan olacağını vurğulayıb.

Qeyd edək ki, ”ID.3” modelinin qiyməti 30 min avrodan az olacaq və bir dəfəyə 330-500 km məsafə qət edə biləcək.

Xatırladaq ki, bu ilin sentyabr ayında Frankfurt avtosalonunda təqdim olunan “ID.3” modellərinin tədarükünə gələn ildən başlayacaq. Şirkət Almaniyanın şərqindəki “Zvickau” zavodunun ildə 330 min nəqliyyat vasitəsi istehsal edə biləcəyini açıqlayıb.