AVTO

27 Dekabr

Rəsmi Hyundai-da “Yeni il müjdəsi” kampaniyası yanvarda da davam edəcək

Hyundai avtomobillərinin Azərbaycandakı rəsmi distrubutoru Auto Azerbaijan şirkəti, müştərilərinin çox saylı istəklərini nəzərə alaraq SUV avtomobillərini əhatə edən “Yeni il müjdəsi” kampaniyasını Yanvarın 30-dək davam etdirir.

 

“Auto Azerbaijan” şirkətindən daha öncə verilən məlumata əsasən, kampaniyanın yenilənmiş Tucson, Tam Yeni Santa Fe, Tam Yeni Palisade və Creta modellərini əhatə etdiyi bildirilmişdi. Kampaniya dövrüdə Hyundai SUV modellərinə sahiblənən hər kəsə sürpiz hədiyyələr vəd olunur. Kampaniya bütün Rəsmi Hyundai diler mərkəzlərində keçərli olduğu bildirilib.