AVTO

19 Dekabr

Kia ən ucuz Stonic krossoverini yenilədi

Cənubi Koreyanın Kia şirkəti yenilənmiş ucuz Stonic krossoverini test edir. 

Model ilk dəfə 2017-ci ildə istehsal olunub. Yenilənmiş krossoverdə onu standart versiyadan ayırmağa imkan verəcək ciddi dəyişikliklər olacağı ehtimal edilir. Görünüşdə, Stonic hər iki bamperin forması, həm də dəbdəbəli radiator barmaqlığı ilə fərqlənir. Salonda multimedia kompleksinin iri ekranından, həmçinin səs assistentindən istifadə olunur.

Fins.az xəbər verir ki, krossoverin daxili rəqəmsal alət paneli, bahalı bəzək materialları və digər variantlarla fərqlənir. Stonic-in kapotunun altında 120 at gücünə malik 1,0 və ya 1,4 litrlik mühərrik quraşdırılıb. Krossoverin ilk satışları gələn il başlayacaq, lakin qiymət hələ təyin olunmayıb.

Texnologiya bölməsindən digər xəbərlər

 
 
Daha çox