AQRO

19 Avqust

Cəlilabadda təkrar əkilən qarğıdalı sahələri 2,5 dəfə artıb

Cəlilabad rayonunda təkrar əkilən qarğıdalı sahələrinin ərazisi bu il xeyli artırılıb.

Finss.az Cəlilabad Rayon Statistika İdarəsinə istinadən xəbər verir ki, rayonun müxtəlif kəndlərində bu il 500 hektar sahədə qarğıdalı əkilib ki, bu da ötən ilin 200 hektar sahəsi ilə müqayisədə 2,5 dəfə artım deməkdir.

Bununla yanaşı, rayonda bu il 91 hektar sahədə yazlıq qarğıdalı əkilmiş və həmin sahələrdən 320 ton məhsul əldə olunmuşdur. Bu göstəricilər, Cəlilabad rayonunda kənd təsərrüfatı sektorunda qarğıdalı əkini və məhsuldarlığının əhəmiyyətli dərəcədə artdığını göstərir.

Fuad Mədətov
Finss.az