AQRO

16 Avqust

Nazir Məcnun Məmmədovun Goranboyda vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun avqustun 23-də Goranboy rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Bu barədə Finss-az-a nazirlikdən məlumat daxil olub.

Vətəndaş qəbulunun keçiriləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Vətəndaşlar əlavə məlumat almaq üçün Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) ilə əlaqə saxlaya bilərlər.



Zemfira Ms
Finss-az