AQRO

13 Avqust

Aqrar sahə işçilərinin Həmkarlar İttifaqı Birliyinin təhlükəsizlik monitorinqikeçirilib

Aqrar Sahə işçilərinin Həmkarlar İttifaqı Birliyi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki müəssisələrdə sağlamlıq və əməyin mühafizəsi işlərinin təşkili ilə tanış olmaq məqsədilə silsilə görüşlər keçirir. Son iki həftə ərzində Birliyin əməkdaşları Əkinçilik Elmi Tədqiqat İnstitutunda, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda və Bitki Mühafizəsi və Elmi-Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda sağlamlıq və əməyin mühafizəsi sahəsində iş şəraitini dəyərləndiriblər.

Finss.az bu barədə Nazirliyin rəsmi saytına istinadən xəbər verir.

Bu proses çərçivəsində texniki müfəttiş Ramiz Hacıyev, həkim Söhrab Mansurov və mütəxəssis Rəhman Vəliyev elmi tədqiqat institutlarının əməkdaşlarına əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, kimyəvi maddələrin təhlükəsiz istifadəsi və saxlanılması ilə bağlı təlimlər keçiriblər. Eyni zamanda, aşkar olunan uyğunsuzluqların aradan qaldırılması üçün tövsiyələr verilib.

Monitorinq və təlimlərin məqsədi iş yerlərində baş verə biləcək qəzaların, yaralanmaların və peşə xəstəliklərinin qarşısını almaq, iş şəraitini yaxşılaşdırmaq və təhlükəsiz iş mühiti yaratmaqdır. Əməyin mühafizəsi qaydalarına riayət etmək işçilərin sağlamlığını qorumaqla yanaşı, iş proseslərinin daha effektiv və təhlükəsiz aparılmasını təmin edir.

Zemfira Ms
Finss.az