AQRO

29 İyul

Cəlilabadda qarğıdalı yığımı yekunlaşıb

Cəlilabad rayonunda qarğıdalı yığımı yekunlaşıb.

Bu barədə Cəlilabad Rayon Statistika İdarəsindən məlumat verib.

Belə ki, 91 hektar qarğıdalı sahəsindən 320 ton məhsul toplanıb. Ötən il isə, 24 hektardan 54 ton məhsul əldə olunub.

Bu il rayon ərazisində qarğıdalı sahələri ötən ilə nisbətən xeyli artırılıb. Bu özünü məhsul bolluğunda da göstərib.