AQRO

29 İyul

Goranboyda bu il 23 min hektara yaxı sahədə taxıl biçilib

Goranboyda taxıl biçini davam edir.

Fins.az xəbər verir ki, rayonda cari təsərrüfat ilində 23 528 hektar sahədə taxıl bitkisi, o cümlədən 15 968,3 hektar sahədə arpa və 7 559,7 hektar sahədə buğda əkilib.

Bu günədək 15 643,5 hektar arpa sahəsində, 7 265,7 hektar isə buğda sahəsində biçin işləri aparılıb.

Qeyd edək ki, rayonda taxıl biçini davam etdirilir. Fermerlər cari məhsul ilində yüksək nəticə əldə olunacağını düşünürlər.