AQRO

17 İyul

Malatya əriklərinin ixrac olduğu ölkələrin sayı artıb

 Türkiyənin Avropa İttifaqına (Aİ) qeydiyyatdan keçmiş məhsullarından biri olan Malatya ərikləri Avropa başda olmaqla bir çox ölkədə ağzını şirinləşdirir.

Dünyada ərik qurusu istehsalının böyük hissəsinin qarşılandığı və 32 növ ərik yetişdirilən rayonda ixrac yeni məhsul mövsümü ilə başlayıb. Məhsullar Almaniya və Hollandiya başda olmaqla 20 ölkəyə göndərilir.

Malatya Ticarət Birjasının sədri Ramazan Özcan toplanan məhsulların bir hissəsinin fabriklərdə emal olunaraq ixraca hazır vəziyyətə gətirildiyini, çoxunun isə ərik qurusu kimi istifadə edildiyini bildirərək deyib: “Xüsusilə Avropa ölkələrinə təzə ərik ixrac edirik. Bu il istehsal miqdarının artması məhsulun keyfiyyətinin çox yüksək olduğunu göstərir”.

Malatya ərikləri Qərbi Avropa ölkələri və bütün ətraf ölkələrə, eləcə də Uzaq Şərqdə Malayziya, Sinqapur və Honq-Konqa göndərilir.