AQRO

14 İyun

2024-cü ilin may ayında Türkiyədən təzə meyvə-tərəvəz ixracı

 2024-cü ilin may ayında Türkiyədən 284 milyon dollarlıq təzə meyvə-tərəvəz ixrac edilib.

Fins.az xəbər verir ki, Aralıq dənizi Təzə Meyvə və Tərəvəz İxracatçıları Birliyinin sədri Fərhad Gürüz verdiyi yazılı açıqlamada bildirib: “2024-cü ilin may ayında ölkə təzə meyvə-tərəvəz ixracından əvvəlki ilin eyni dövrünə görə 14 faiz artımla 284 milyon dollar gəlir əldə edib. Bu, əhəmiyyətli artımdır. Sektorun may ayında ən çox təzə meyvə və tərəvəz ixrac etdiyi ölkələr Rusiya, İraq və Almaniya olub”.