AQRO

02 Aprel

Polşalı fermerlər sərhəd-keçid məntəqəsini bağlayıblar

Aprelin 2-də polşalı fermerlər əvvəllər bloku müvəqqəti olaraq açılmış nəzarət-buraxılış məntəqəsinin qarşısında yük avtomobillərinin hərəkətini dayandırmağa başlayıblar.

Fins.az xəbər verir ki, "Polşa sərhədçilərinin məlumatına görə, aprelin 2-də saat 09:00 radələrində Polşanın Uhryniv-Dolhobiczow keçid məntəqəsi qarşısında yük maşınlarının hərəkətinin dayandırılması bərpa edilib. Bununla əlaqədar olaraq, həm Polşadan çıxarkən, həm də Polşaya daxil olarkən nəqliyyatın hərəkəti çətinləşə bilər. ”, - deyə məlumatda bildirilir.

Yük maşınlarının buraxılış məntəqəsindən necə keçəcəyi və ümumiyyətlə buraxılıb-keçilməyəcəyi barədə məlumat hələlik dəqiqləşdirilməyib.

Xatırladaq ki, martın 28-də Pasxa bayramı münasibətilə keçid məntəqəsindən yük avtomobillərinin hərəkəti müvəqqəti açılıb. Digər iki keçid məntəqəsindən keçən yük maşınlarının hərəkəti də tamamilə bağlanıb. 

Günel Məlikzadə
Fins.az