AQRO

24 İyun

Bu rayonda çəltik əkini başa çatıb

Zərdab rayonunda çəltik əkini başa çatıb, torpaq mülkiyyətciləri 257 hektar sahədə əkin aparıblar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, çəltik rayonun əsasən Kürqırağı ərazilərində əkilir. Burunlu, Məlikli, Körpükənd, habelə Əlibəyidə sakinlər təsərrüfatın bu sahəsini ildən-ilə inkişaf etdirirlər. Cari mövsümdə təkcə Burunlu ərazisində 109 hektar sahədə çəltik əkilib.

Qeyd edək ki, yerli bazarlarda heç də az tələbatın olmadığı bu məhsulun istehsalına maraq getdikcə artır. Təsadüfi deyil ki, bu il əkin sahələri ötən ildəkindən 16 hektar çox olub.