AQRO

21 May

Göycə məhsullarının satış yarmarkası keçiriləcək

Mayın 22-23-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində göycə məhsullarının satışı yarmarkası keçiriləcək.

Fins.az xəbər verir ki, yarmarkada Naxçıvan şəhərindən, Şərur, Babək, Culfa, Ordubad, Şahbuz, Sədərək və Kəngərli rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdikləri və hazırladıqları müxtəlif növ göycə məhsulları, o cümlədən hazırlanan əl işlərinin sərgi-satışı həyata keçiriləcək.