AQRO

21 May

Respublika üzrə 310 min hektar sahədə yazlıq bitkilərin əkini aparılıb

Kənd təsərrüfatında yaz-tarla işləri aparılır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari il mayın 1-dək 310 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 42,5 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 21,2 min hektarı dən üçün qarğıdalı) və 51,6 min hektar sahədə kartof əkilib.

Həmin dövrdə, həmçinin 47,2 min hektar sahədə tərəvəz, 14,3 min hektar sahədə bostan bitkiləri, 86,3 min hektar sahədə pambıq, 4,5 min hektar sahədə şəkər çuğunduru, 9 min hektar sahədə dən üçün günəbaxan, 0,9 min hektar sahədə tütün, 50,8 min hektar sahədə çoxillik otlar, 0,8 min hektar sahədə birillik otlar və 2,2 min hektar sahədə digər yazlıq bitkilər əkilib.