AQRO

06 May

Neftçalada 7590 hektardan çox sahədə yazlıq bitkilər əkilib

Neftçalada cari ilin məhsulu üçün yazlıq bitkilərin əkini davam edir.

Rayon statistika idarəsinin rəisi Şahin Mənəfov bildirib ki, əkinə vaxtında və hərtərəfli hazırlıqla başlayan məhsul istehsalçıları qısa müddətdə 7590,8 hektar sahədə yazlıq bitki əkini aparıblar. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2220,9 hektar və ya 41,4 faiz çoxdur. Əkin aparılmış sahələrin 1958,5 hektarını yonca, 146,7 hektarını kartof, 130,7 hektarını tərəvəz, 61,5 hektarını bostan bitkiləri, 27 hektarını vələmir, 14 hektarını isə qarğıdalı bitkisi təşkil edir. Həmçinin rayonda fəaliyyət göstərən pambıq emalı müəssisələri ilə bağlanmış müqavilə əsasında 5252,4 hektar sahədə pambıq əkilib.

Qeyd edək ki, ötən il rayonda 5973 hektar sahədə pambıq əkilib, 23 min 41 ton xam pambıq tədarük olunub.