AQRO

06 Aprel

Neftçalada 2142 hektardan çox sahədə yazlıq bitkilər əkilib

Neftçalada cari ilin məhsulu üçün yazlıq bitkilərin əkini davam edir.

Rayon statistika idarəsinin rəisi Şahin Mənəfov bildirib ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə 2142,1 hektar sahədə yazlıq bitkilər əkiblər. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 118 hektar və ya 5,8 faiz çoxdur. Əkin aparılmış sahələrin 1888, 5 hektarını yonca, 146,7 hektarını kartof, 53,9 hektarını tərəvəz, 20 hektarını bostan bitkiləri, 27 hektarını vələmir, 6 hektarını isə qarğıdalı bitkisi təşkil edir.