AQRO

06 Aprel

Balakəndə 7,5 min hektardan çox sahədə qarğıdalı əkini nəzərdə tutulur

Bu il Balakən rayonunun təsərrüfatlarında 7 min 520 hektar sahədə dən üçün qarğıdalı əkilməsi nəzərdə tutulur. Bir neçə gündür ki, təsərrüfatlarda qarğıdalı əkininə başlanılıb. Fermerlər qısa müddətdə 150 hektaradək sahəyə qarğıdalı əkiblər. Təsərrüfat sahibləri əkin zamanı Türkiyədə istehsal olunan yüksək məhsuldar toxum sortlarına üstünlük verirlər. Fermerlər toxumu rayonda fəaliyyət göstərən satış məntəqələrindən əldə edirlər.

Bu barədə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.

Qeyd edək ki, qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Hazırda Balakən qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada ön sırada yer alır. Ötənilki mövsümdə balakənli fermerlər 7 min 515 hektar sahədən 46 min 288 ton dən qarğıdalı tədarük ediblər. Hər hektardan orta hesabla 61,6 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 2 min 115 ton artıb.