AQRO

06 Aprel

Deputat: Su ehtiyatları fermerlər arasında tam ədalətli bölünməlidir

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-ə sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul zamanı Azərbaycan Prezidenti İlham Əliyev bu sektor üçün yeni hədəfləri müəyyənləşdirdi"

Fins.az xəbər verir ki, bunu Milli Məclisin deutatı Vüqar Bayramov deyib.

Azərbaycanda 72 milyard 432 milyon manatlıq ümumi daxili məhsulun (ÜDM) 6,9 faizi kənd təsərrüfatının payına düşür. Bu o deməkdir ki, il ərzində 5 milyard manata yaxın aqrar məhsullar istehsal olunur. Aydındır ki, həm kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi, həm də bu sektorun ÜDM-də payının artırılması üçün su təsərrüfatı sisteminin təkmilləşdirilməsinə ehtiyac var.

Əvvəla, su ehtiyatlarınin sahibkarlar və fermerlər arasında tam ədalətli bölgüsü mexanizminin yaradılmasına ehtiyac var. Digər tərəfdən, su mənbələrinin əsasən ölkə xaricində olduğunu nəzərə alsaq su ehtiyatları və ehtiyaclarının elektron xəritəsinin hazırlanması və buna uyğun olaraq sahibkarların su təminatının genişləndirilməsi məqsədəuyğundur. Belə elektron xəritələr əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur və nəticədə ehtiyacların hansı mənbələr hesabına ödənilməsini müəyyənləşdirilməsinə imkan yaradır.

İşğaldan azad olunmuş ərazilərimizdə mövcud su ehtiyatlarını və torpaq fondunu nəzərə alsaq Azərbaycanda kənd təsərrüfati məhsullarının istehsalının yaxın illərdə daha 1 milyard manat artırılması mümkündür. Bu isə həmçinin su təsərrüfatında müasir menecement yanaşması tələb edir.