AQRO

01 Aprel

İrandan Azərbaycana gətirilən 1 ton zəncəfil istifadəyə yararsız çıxdı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

Həyata keçirilən nəzarət tədbirləri zamanı “Frei Group” MMC tərəfindən İrandan ölkəmizə idxal edilən 1000 kq zəncəfil məhsuluna baxış keçirilb.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrin istehlak üçün yararsız olduğu aşkarlanıb.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.