AQRO

11 Mart

Türkiyə meyvə-tərəvəz ixracını artırıb

Bu ilin fevral ayında Türkiyədən təzə meyvə və tərəvəz ixracının dəyəri ötən ilin eyni ayı ilə müqayisədə 23% artaraq 250 mln. ABŞ dollarına çatıb.

Bu barədə Aralıq dənizi bölgəsinin Təzə Meyvə-Tərəvəz İxracatçıları Birliyinin sədri Nejdat Sin bildirib.

Onun sözlərinə görə, fevral ayında 402 390 ton məhsul ixrac olunub ki, bu həcmin 74%-i pomidor, naringi, limon, nar, bibər və almanın payına düşüb.