AQRO

04 Mart

Neftçalada hektardan çox sahədə yazlıq əkin aparılıb

Neftçalada cari ilin məhsulu üçün yazlıq əkinə başlanılıb.

Rayonun statistika idarəsinin rəisi Şahin Mənəfov bildirib ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə 1593,8 hektar yazlıq bitkilər əkiblər. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,6 hektar və ya 1 faiz çoxdur. Əkin aparılmış sahələrin 1470 hektarını yonca, 89,3 hektarını kartof, 32,5 hektarını tərəvəz bitkisi təşkil edir. Həmçinin rayonda fəaliyyət göstərən pambıq emalı müəssisələri ilə bağlanmış müqavilə əsasında 6 min 31 hektar sahədə pambıq əkilməsi üçün şum da aparılıb.

Qeyd edək ki, ötən il rayonda 5 min 972 hektar sahədə pambıq əkilib, 23 min 41 ton xam pambıq toplanılıb.