AQRO

18 Fevral

Azərbaycanda aqrar sektor 2%-dən çox böyüyüb

Bu ilin yanvar ayında Azərbaycanda 341,9 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub.

Bu, ötən ilin eyni dövrünə nisbətən 2,3% çoxdur.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 6,8% artaraq 16,4 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 2,1% artaraq 325,5 milyon manat təşkil edib.