AQRO

05 Yanvar

Ötən il bu rayonda quru tütün istehsalı 65 ton artıb

Bakı, 5 Yanvar Fins.az

Zaqatala rayonunun tütün istehsalçıları ötənilki mövsümü uğurlu göstəricilərlə başa vurublar. Belə ki, 2020-ci ildə rayonda 672 ton quru tütün istehsal olunub. Tütün istehsalı əvvəlki illə müqayisədə 65 ton artıb.

Bu barədə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov məlumat verib.

Qurum rəsmisi bildirib ki, 2020-ci ildə rayonda 574 hektar sahədə tütün əkilib. Zaqatalalı fermerlər ötən il 399 hektar sahədə “Virciniya botaniki” növlü, 175 hektarda isə digər tütün sortları yetişdiriblər. İstehsal olunan quru tütünün 514,4 tonunu “Virciniya botaniki”, 157,6 tonunu isə digər tütün sortları təşkil edib.

Xatırladaq ki, 2019-cu zaqatalalı fermerlər 615,2 hektar sahədə tütün yetişdirib, 607 ton quru tütün istehsal ediblər.