AQRO

30 Dekabr

Zaqatalada 11,4 min hektara yaxın sahədə payızlıq səpin aparılıb

Bakı 30 dekabr Fins.az

Zaqatala rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini başa çatıb. Torpaq mülkiyyətçiləri cari mövsümdə 7 min 819 hektarı buğda, 3 min 577 hektarı arpa olmaqla, 11 min 396 hektar sahəyə toxum səpiblər. Payızlıq dənlilərin əkin sahəsi əvvəlki mövsümlə müqayisədə 76 hektar artıb.

Bu barədə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov məlumat verib.

Xatırladaq ki, builki mövsümdə rayonda 11 min 320 hektar sahənin məhsulu biçilib, 35 min 50 ton taxıl istehsal olunub. Hər hektara görə orta məhsuldarlıq 31 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 1881 ton artıb.