AQRO

30 Dekabr

Azərbaycan noyabrda gübrə idxalını kəskin artırıb

Bakı 30 dekabr Fins.az

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 96,148 mln. ABŞ dolları dəyərində 328 115,08 ton gübrə idxal edib.

Dövlət Gömrük Komitəsinin göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötən ilin 11 bir ayı ilə müqayisədə dəyər ifadəsində 12,9% azdır, həcm ifadəsində isə 3% çoxdur.

Təkcə bu ilin noyabr ayı ərzində ölkə 9,466 mln. dollar dəyərində 32 919,84 ton gübrə idxal edib ki, bu da oktyabr ayı ilə müqayisədə dəyər ifadəsində 36,5%, həcm ifadəsində isə 62,2% çoxdur.

Qeyd edək ki, hesabat dövründə gübrə idxalının ümumi idxalda payı 0,99% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,11 faiz bəndi çoxdur.