AQRO

24 Dekabr

İl ərzində sahələrdən 1,6 milyon tondan çox tərəvəz yığılıb

Bakı 24 dekabr Fins.az

Məhsul yığımı başlanandan cari il dekabr ayının 1-nə kimi, sahələrdən 1 milyon 677,9 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 2,5 faiz çox tərəvəz yığılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövr ərzində 1 milyon 15 min ton (2,1 faiz çox) kartof, 448,1 min ton (0,1 faiz çox) bostan məhsulları, 1 milyon 121,5 min ton (4,2 faiz çox) meyvə və giləmeyvə, 201,5 min ton (3,8 faiz çox) üzüm, 931,3 ton (2,2 faiz çox) yaşıl çay yarpağı, 328,2 min ton (12,2 faiz çox) pambıq, 24,7 min ton (28,4 faiz az) günəbaxan, 242,7 min ton (2,7 faiz çox) şəkər çuğunduru və 6,5 min ton (9,4 faiz çox) tütün toplanıb.