AQRO

24 Dekabr

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı ötən illə müqayisədə 4,3 faiz artıb

Bakı 24 dekabr Fins.az

Bu ilin yanvar-noyabr aylarında muxtar respublikada 458 milyon 7 min 200 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövr ərzində diri çəkidə ət istehsalı 24 min 202 ton, süd istehsalı 83 min 67 ton olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,6 faiz, süd istehsalı isə 1,5 faiz artıb.