AQRO

22 Dekabr

Bu rayonda payızlıq dən bitkilərinin səpini başa çatıb

Bakı 22 dekabr Fins.az

Oğuz rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini başa çatıb. Torpaq mülkiyyətçiləri cari mövsümdə 16 min 182 hektar sahəyə toxum səpiblər. Taxıl əkinlərinin 11 min 816 hektarını buğda, 4 min 366 hektarını arpa sahələri təşkil edir. Payızlıq dənlilərin əkin sahəsi əvvəlki mövsümlə müqayisədə 47 hektar artıb.

Bu barədə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.

Xatırladaq ki, builki mövsümdə Oğuz rayonunda 16 min 135 hektar sahənin məhsulu biçilib, 50 min 319 ton taxıl istehsal olunub. Hər hektarın orta məhsuldarlığı 31,2 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 411 ton artıb.