AQRO

21 Dekabr

Salyanda 48 min tondan çox süd istehsal olunub

Bakı 21 dekabr Fins.az

Əsasən kənd təsərrüfatı rayonu olan Salyanda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən heyvanların baş sayı ilbəil çoxalır, bu isə məhsul artımına müsbət təsir göstərir.

Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov  bildirib ki, hazırda ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 63 min 31 baş iribuynuzlu mal-qara, 184 min 989 baş qoyun-keçi saxlanılır. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 70 baş çoxdur. Cari ilin on bir ayı ərzində rayonun heyvandarlıq təsərrüfatlarında 9 min 82,1 ton ət (diri çəkidə), 48 min 438,9 ton süd, 349,2 ton yun, 32 milyon 881 min ədəd yumurta istehsal olunub ki, bu da ötən ilin eyni dövründə istehsal olunan ətdən 8,8 faiz, süddən 3,4 faiz, yundan 0,5 faiz, yumurtadan isə 5,1 faiz çoxdur.