AQRO

12 Dekabr

Bu rayonun  28 inzibati ərazi dairəsində yeni tut bağları salınır

Bakı 12 dekabr Fins.az

Zərdab rayonunda yeni tut bağları salınır.

Rayon icra hakimiyyətindən bildirilib ki, son illər ənənəvi sahə olan baramaçılığın inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Bu məqsədlə möhkəm yem bazasının yaradılması xüsusi diqqət mərkəzindədir. Hazırda 28 inzibati ərazi dairəsinin hər birində 2 hektar yeni tut bağının salınması istiqamətində işlər aparılır. Artıq 13 min ting əkilib və daha 37 mini də əkiləcək.

Qeyd edək ki, tinglər Bərdə və Ağcabədi regional meşə müəssisələrindən gətirilir.