AQRO

02 Dekabr

Bu rayonda indiyədək 6300 fermer elektron sistemdə payızlıq əkinlərini bəyan edib

Bakı, 02 dekabr Fins.az

Şəki rayonu üzrə indiyədək payızlıq əkinlə məşğul olan 6 min 300 fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz əkinlərini bəyan edib. Elektron sistemdə bu fermerlərin ümumilikdə 14 min bəyan sənədi qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə payızlıq əkinlərini bəyan edən fermerlərin sayı 400 nəfər, bəyan sayı isə 2 minədək artıb.

Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, hazırda rayonda payızlıq əkinlərin bəyan edilməsi prosesi davam edir. Bu məqsədlə kəndlərdə yerli icra nümayəndəliklərində, həmçinin rayon Dövlət Aqrar İnkişaf Mərkəzində fermerlər üçün lazımi şərait yaradılıb.

© AZƏRTAC