AQRO

25 Noyabr

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 4%-dən çox artıb

Bakı, 25 noyabr Fins.az

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 431,39 mln. manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,2% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövr ərzində diri çəkidə ət istehsalı 20 839 ton, süd istehsalı 79 649 ton olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,9%, süd istehsalı isə 1,6% artıb.