AQRO

21 Noyabr

Bu rayonda tütün tədarükü başa çatıb

Bakı, 21 noyabr Fins.az

İsmayıllı rayonunda cari ildə 60 ton quru tütün yarpağı tədarük olunub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, builki mövsümdə İsmayıllının 13 kəndində ümumilikdə 30 hektar sahədə tütün əkilib. Əkilən sahələrin hər hektarından 20 sentner məhsul götürülüb. Yığılan tütün yarpağı qurudularaq alıcı şirkətlərə təhvil verilib.

Tütünün əkilməsində, yığılmasında və qurudularaq təhvil verilməsində Qalınçaq və İvanovka kəndləri daha yaxşı nəticə göstərib.