AQRO

19 Noyabr

Bu ilin ötən ayları ərzində bu rayonda 42 min tondan çox süd istehsal olunub

Bakı, 19 noyabr Fins.az

Əsasən kənd təsərrüfatı rayonu olan Salyanda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən rayonda heyvanların baş sayı ilbəil çoxalır ki, bu da məhsul artımına müsbət təsir göstərir.

Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov azertacın bölgə müxbirinə bildirib ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 63 min 31 baş iribuynuzlu mal-qara, 184 min 989 baş qoyun-keçi saxlanılır. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 70 baş çoxdur. Cari ilin on ayı ərzində rayonun heyvandarlıq təsərrüfatlarında 7 min 997.3 ton ət (diri çəkidə), 42 min 526.1 ton süd, 349.2 ton yun, 29 milyon 513 min ədəd yumurta istehsal olunub ki, bu da ötən eyni dövründə istehsal olunan ətdən 399.9 ton, süddən 1980.8 ton, yundan 1.6 ton, yumurtadan isə 1 milyon 128 min ədəd çoxdur.