AQRO

17 Noyabr

Azərbaycan gübrə idxalını 5% azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 86,7 milyon ABŞ dolları dəyərində 295,2 min ton gübrə idxal edib.

Fins.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 20,1 milyon dollar (18,8 %) və 15,5 min ton (5 %) azdır.

Hesabat dövründə gübrə idxalı Azərbaycanın ümumi idxalının 1 %-ni təşkil edib.