AQRO

17 Noyabr

Bu il Azərbaycandan ixrac edilən meyvə-tərəvəz ölkəyə 467 milyon dollar qazanc gətirib

Bakı, 17 noyabr Fins.az

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan dəyəri 467 milyon 260 min ABŞ dolları olan Meyvə-tərəvəz ixrac edilib.

Fins.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ixrac edilən meyvə-tərəvəzin miqdarı 463 min 392 tondur.

Belə ki, meyvə-tərəvəz ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11milyon 744 (2.6%) min ABŞ dolları artım və yaxud 3 min 900 ( 0.8%) ton azalma müşahidə olunub.

© Banker